Dünya

NATO: Bu ölkələr alyansa qəbul edilməyəcək

NATO Asiya ölkələrini öz sıralarına qəbul etməyəcək.

Jamaz.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “The Washington Post” yazır.

O hesab edir ki, NATO qlobal alyansa çevrilməyəcək və Şimali Amerika, həmçinin Avropa daxilində sərhədləri qoruyacaq.

“Bizim kollektiv təhlükəsizlik zəmanətimiz NATO ərazisinə qədər uzanır”, – Stoltenberq deyib.

Alyansla Çin arasında mümkün toqquşma barədə suala baş katib cavab verib ki, Tayvanda və onun ətrafındakı böhranın “ciddi nəticələrə” səbəb olacaq.

Onun sözlərinə görə, konteynerlərdə yüklərin və gəmilərin yarısı Tayvan boğazından keçir. Ada həm də dünyada ən çox yarımkeçirici istehsal edir.

“Bu hərbi münaqişə başlasa, NATO və müttəfiqlərimiz üçün çox böyük əhəmiyyət kəsb edəcək”, – o deyib.

O əlavə edib ki, Avropa İttifaqı (Aİ) Şimali Atlantika Alyansı olmadan Avropanı qoruya bilməyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button