Dünya

Nahapetyan: “Fransanın bizə göndərdiyi 3 radar sistemi və raket göndərməsi heç nəyi dəyişməyəcək”

“Tutaq ki, Fransa bizə üç radar verəcək, Ermənistan Rusiya ilə qarşılıqlı razılaşmalar əsasında birgə hava hücumundan müdafiə sistemini yaradanda, o zaman ümumi idarəetmə sistemindəki o üç radarın heç bir dəyəri yoxdur. Sonrakı zenit sistemləri, tutaq ki, vertolyotlar, mümkünsə təyyarələr və ya çoxməqsədli pilotsuz təyyarələrin qarşısını almaq üçün nəzərdə tutulub. Amma bunlar yalnız bir niyyətdir. İndi olacaq ya yox, onu Allah bilir”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

O bildirib ki, Ermənistanın özünə kənrda müttəfiq axtarması mənasızdır. “Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi ən azı beş dəfə Ermənistan hakimiyyətinə bildirib ki, onlar Ermənistan-Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün KTMT sülhməramlı qüvvələrini gətirməyə hazırdırlar. Lakin Ermənistan bundan imtina edir. Paşinyanın Almaniyada dediklərini də əsas götürürəm ki, o, Ermənistanın təhlükəsizliyinə təminat verə bilməz. Bu o deməkdir ki, əslində Azərbaycan hücuma keçsə, böyük münaqişə baş verərsə, biz məğlub olacağıq. Fransa bizə köməyə çatana qədər Azərbaycan Ordusu 5 dəfə Ermənistanın içindən o yan-bu yana keçəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button