Dünya

Moskvaya PUA hücumu: İki binaya zərər dəyib

Bu gün səhər tezdən Moskvaya PUA hücumları olub. Hücumlar nəticəsində bir neçə binaya kiçik ziyan dəyib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat verib.

O qeyd edib ki, şəhərin bütün təcili yardım xidmətləri hadisə yerinə cəlb edilib. “Onlar baş verənləri öyrənirlər. İndiyədək heç kim ciddi xəsarət almayıb. Sizdən yalnız rəsmi mənbələrə etibar etməyinizi və yoxlanılmamış məlumatları yaymamağınızı xahiş edirəm”.

Daha sonra Moskva meri bildirib ki, təhlükəsizlik məqsədilə fövqəladə hallar xidməti hər iki binanın sakinlərini evekuasiya edilib. Hücum PUA-ları isə vurulub. “Xüsusi xidmət orqanlarının işi başa çatdıqdan dərhal sonra sakinlər öz mənzillərinə qayıda biləcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button