Dünya

Molla rejimi geri çəkilir – Bu ölkəyə də quyruq buladı

İran Xarici İşlər Nazirliyi Bəhreynlə münasibətlərin yaxşılaşdırılmasının mümkün olduğunu bildirib.

Jamaz.info “Fars” agentliyinə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tehranın region ölkələri ilə münasibətlərinin normallaşması perspektivlərini şərh edib.

“İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası respublikanın digər region ölkələri, o cümlədən Bəhreynlə münasibətlərinə müsbət təsir göstərə bilər”, – İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani mətbuat konfransında deyib.

“Xoşbəxtlikdən, regionda müşahidə etdiyimiz müsbət atmosferi nəzərə alsaq, bu müsbət dəyişikliklər (İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına dair razılaşma – red.) Bəhreyn də daxil olmaqla, regionun digər ölkələrinə də təsir edə bilər”, – deyə Kənani bildirib.

Xatırladaq ki, Tehran və Ər-Riyad arasında diplomatik əlaqələr 2016-cı ildə tanınmış şiə ilahiyyatçısı Nimr əl-Nimrin edamına etiraz edənlərin Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndəliklərinə hücumundan sonra kəsilmişdi.

Son aylarda hər iki tərəf fikir ayrılıqlarını aradan qaldırmaq istəyini ifadə edib.

2023-cü il martın 10-da İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə diplomatik münasibətlərin bərpasına dair saziş imzalayıb və iki ay ərzində səfirliklərin açılması planlaşdırılır.(publika)

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button