Dünya

Lavrov: “Laçın dəhlizi məsələsi yaxın vaxtlarda həll olunacaq”

Laçın dəhlizi ilə bağlı məsələ yaxın vaxtlarda həll olunacaq.

Jamaz.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün bildirib.

“Bir neçə gün əvvəl Azərbaycan, Qarabağ və Rusiyanın sülhməramlı missiyasının rəhbərinin görüşü baş tutub. Düşünürəm ki, məsələ yaxın vaxtlarda həllini tapacaq”, – Sergey Lavrov jurnalistlərlə görüşündə deyib.

O qeyd edib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların hərəkəti üçün ikitərəfli açıq olmalıdır.

“Ayrı bir bənddə göstərilir ki, Laçın dəhlizi ilə heç bir hərbi yük daşınmamalıdır. Lakin Azərbaycan tərəfi Ermənistan tərəfinin həmin dəhlizlə mina daşıdığı məlumatı təqdim edib. Ordumuz araşdırma aparır. Azərbaycanlıların fikrincə, bu minalar sonradan Azərbaycan mövqelərinə bitişik ərazilərin minalanmasında istifadə olunub ki, bu da üçtərəfli bəyannamənin pozulmasıdır. Çoxlu qarşılıqlı ittihamlar var”, – Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyannaməyə əsasən, həmin yolda hərəkətə nəzarət Rusiya sülhməramlılarına həvalə olunub.

“Sülhməramlılar hər bir nəqliyyat vasitəsində qadağan olunmuş, qeyri-humanitar, mülki olmayan malların olub olmadığını yoxlamaq imkanına malikdirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button