Dünya

Konstantin Zatulin: “Putin Paşinyanı cəzalandıracaq”

Rusiya Dövlət Dumasının miqrasiya və vətəndaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin özünün Telegram kanalında qəribə, həm də maraqlı yazı ilə çıxış edib.

JAMAZ.İNFO xəbər verir ki, Zatulin bir qədər əvvəl Ermənistanda arzuolunmaz şəxs elan edilib. Deputat bu məsələyə bir o qədər toxunmayıb. Sadəcə, Ermənistanın Ukrayna ilə birlikdə hərəkət etdiyini iddia edib. O yazır ki, oktyabrın 28-də “Lazarev klubu”nun telekörpü layihəs baş tutmadı və bunun səbəbkarı da Nikol Paşinyan olub. Zzatulin hətta Ermənistanın baş nazirini təxribatçı da adlandırıb. “Axşam Ukraynanın “УНИАН” saytında “Niyə Kreml Ermənistanın baş nazirini aradan götürmək istəyir” başlığı altında yazı dərc olundu. Orada Rusiya FSB-si və şəxsən mən şübhəli kimi qeyd edilmişik. Hiyləgər plan İrəvanda spiker, spiker müavini və Ermənistan xarici işlər nazirinin iştirakı ilə keçirilən ictimai tədbir adı altında Rusiya-Ermənistan münasibətlərinin müzakirəsi zamanı Paşinyanın qərbli dostlarını təşvişə salmaq olub. Bunun fonunda terror törətmək və baş naziri aradan götürmək. Onlar rus yox, qərb treki axtarırdılar”.

Zatulin iddia edib ki, bu xəbər cəfəngiyyatdır. Üstəlik, Azərbaycan mediasını da ittiham etməkdən çəkinməyib. “Bu cəfəngiyyatı, təbii ki, internetdə yatmış rejimdə mövcud olan azərbaycanlı və saxta saytlar yaymağa başladı. Dezinformasiya isə oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüş ərəfəsində fon yaratmağa hesablanmışdı”.

Rus deputat bildirib ki, Vladimir Putinin Valday Forumunda və KTMT-nin fövqəladə sammitində çıxışı oyun kartlarını qarışdırdı. Onun sözlərinə görə, Ermənistanın baş nazirinin Putinin dediklərini müdafiə etməkdən başqa çarəsi qalmadı. “Amma burada da Nikol Paşinyan Qarabağın tam təslim olmasına razılıq verməklə münaqişə zonasında erməni əhalisinin həyat və hüquqlarının təminatı uğrunda mübarizə arasında seçimi Rusiyaya verməsəydi, Nikol Paşinyan olmazdı. Mən qətiyyən istisna etmirəm ki, Rusiya Federasiyasının prezidenti ilə ikitərəfli görüş zamanı Nikol Paşinyan Ermənistan hakimiyyətinin son hərəkətlərinə Rusiya ictimai rəyində və erməni diasporunda onun kursunu müstəqil qiymətləndirmələrini təhqirlərlə əsaslandırmağa çalışacaq. Gözlənti budur ki, Rusiya prezidentinin “Kapitan qızı” romanındakı kimi kimin günahkar olduğunu təhlil etməyə vaxtı olmayacaq: “…hər ikisini də cəzalandıracaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button