Dünya

Jurnalistdən skandal sözlər: “Babacan, Davudoğlu, Yavaş, İmamoğlu, Uysal , Karamollaoğlu öz qohumlarının səsini belə ala bilməyiblər”

Türkiyədə keçirilən və ikinci tura qalan prezident seçkiləri ilə bağlı maraqlı detallar üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, həmin məqamları isə “Hürriyet” qəzetinin yazarı Abdulkadir Selvi təqdim edib.

Selvi CHP-nin aparıcısı olduğu Mullət İttifaqına qoşulmuş və 6-lı Masada təmsil olunan Əli Babacan, Əhməd Davudoğlu, Temel Karamollaoğlu, Ekrem İmamoğlu, Mansur Yavaş, Gültekin Uysalın aldığı səsələri hesablayaraq, detalları açıqlayıb.

O bildirib ki, Əli Babacan Ankaranın Evren rayonunda doğulub. “Şereflikoçhisarda yaşayıb. Hər iki rayonda AKP record səviyyədə səs alıb. Bu adam yaşçadığı rayondakı həmşəhərlilərini belə ittifaqlarına cəlb edə bilməyib. Əhməd Davutoğlu Konya Taşkentdir. Həm Konya, həm də Taşkənddə AKP ən yüksək səsləri alıb. Gültekin Uysal Afyondandır. Afyonda da Erdoğan 63 faiz səsyığıb. Bu adamların ittifaqa qoşulmasının heç bir faydası olmayıb”.

Jurnalist qeyd edir ki, Temel Karamollaoğlu Sivasdan olsa da, AKP bu seçki dairəsindən 70 faizə qədər səs alıb. Ekrem İmamoğlunun vətəni Trabzonda da eyni vəziyyət yaşanıb. Mansur Yavaşın doğulduğu Ankaranın Beypazarı rayonunda da AKP ən yüksək səslərə sahib oldu. Görünən odur ki, bu adamlar öz qohumlarını belə razı sala bilməyiblər. Heç bir fayda vermədikləri halda isə 37 deputat yeri qazandılar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button