Dünya

İstanbulu qana boyayan terrorçuya hansı dərmanı içirdiblər?

İstanbulda törədilən teraktın bəzi detalları üzə çıxıb.

Teraktı törədən PKK terror qruplaşmasının üzvü Ahlam Albəşir bombanı qoymadan öncə Bilal adlı şəxs ona “cəsarət həbi” içməyi təklif edib. Daha sonra həbi ona verib:

“Onu da deyim ki, qardaşım Məhəmməd Azad Suriya Ordusunun yüksək rütbəli komandiridir. Məhəmməd İŞİD-in hücumu zamanı yaralanıb və hər iki ayağında protez var. 2017-ci ildə bacım Məryəmlə birlikdə YPG-nin nəzarətində olan Münbiçə getmişdim. Burada Əhməd adlı şəxsə aşiq oldum, amma 2 aydan sonra ayrıldıq. Sonra Münbiçdə YPG-nin yüksək səviyyəli rəhbərləri məni onlara qarşı casusluq etdiyim üçün həbs etdilər. Münbiçdə 1 ay həbsdə yatdım. Həbsdən çıxandan sonra “Hacı ilə görüşəcəksən” dedilər. Hacı baş koordinator idi. İlk dəfə onunla gözübağlı danışdırdılar, üzünü görmədim. Mənə dedilər ki, YPG üçün çalışmasan, ailəni məhv edəcəyik. Məni Bilal adlı şəxsə qoşdular. Əmr verdilər ki, onun hər dediyini etməliyəm. Sonra İstanbuldakı partlayış əmrini aldım, bombanı partlada bilməyəcəyimdən qorxdu, “həb”ləri verdi”.

Qeyd edək ki, İstanbulun İstiqlal prospektindəki partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button