Dünya

İstanbulda terror törədən qadın əmri kimdən aldı? – Özü etiraf etdi

İstiqlal küçəsində terror törədən Əhlam Əlbəşiri hadisəni törətdikdən sonra qaçarkən boynunda olan qulaqcıq diqqət çəkib.

Jamaz.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun göstərişləri uzaqdan əlaqə vasitəsi ilə aldığı öyrənilib. Hətta terrorçu dindirilmə zamanı onu addım-addım izlədiklərini qeyd edib.

 

Terrorçu Əlbəşir saat 15:17-də Taksimə çatıb. Daha sonra saat 15:30-da skamyada oturaraq 41 dəqiqə gözləyib. 16:11-də içərisində bomba olan bel çantasını skamyaya qoyaraq oradan uzaqlaşdıb. Üç dəqiqə sonra isə partlayış baş verib.

“Təşkilatın üzvü mənim şəklimi çəkdi. Camaatı görən Hacı dedi ki, partlat. Ayağa qalxdım, partlatdım”,- deyə terrorçu ifadəsində bildirib. Ə.Əlbəşir ona əmri verən şəxsin “Hacı” kod adlı başqa bir terrorçu olduğunu deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button