Dünya

Gürcüstan ABŞ-ın “sanksiya hədəsi”nə cavab verdi

Tbilisi ABŞ Dövlət Departamentinin sanksiyalar tətbiq etmək hədələrinə cavab verib.

Jamaz.info xəbər verir ki, rəsmi Tbilisi Gürcüstan və Rusiya arasında hava nəqliyyatının mümkün bərpasından narahat olan ABŞ Dövlət Departamentinin gürcü şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək hədələrini cavabsız qoymayıb.

“Biri deyir ki, bizim üçün sanksiyaları aradan qaldıracaqlar. Biri deyir ki, şirkətlər cəzalandırılmalıdır. Amma bu, bizdən asılı deyil. Uçuşlarla bağlı mövqeyimiz sadədir. Rusiyada 800 min Gürcüstan vətəndaşı yaşayır, əgər Rusiya Federasiyası sanksiyaları ləğv etsə və uçuşları bərpa etsə, bu, onların qərarı olacaq. Biz bunu ancaq alqışlayırıq. Bu, həmvətənlərimiz üçün rahatlıq yaradacaq”, – deyə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Gürcüstanın anti-Rusiya sanksiyalarına qoşulmaq üçün Qərbin təzyiqlərinə qarşı müqaviməti alqışalayiqdir:

“Biz Gürcüstanın, demək olar ki, bütün digər ölkələr kimi, Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmağı tələb edən Qərbin təzyiqi altında olduğunu görürük. Kiçik bir ölkənin və onun hökumətinin öz maraqlarını və iqtisadiyyatının maraqlarını rəhbər tutacaqlarını söyləməyə cəsarət göstərməsi isə hörmət tələb edir”.

Lavrov qeyd edib ki, Gürcüstanla əlaqələr fəal inkişaf edir.

“Mənə dedilər ki, ötən il onların ÜDM-i 10% artıb – böyük ölçüdə Rusiya ilə turizm və ticarət əlaqələrinin sayəsində. Ümid edirəm ki, biz də tezliklə birbaşa uçuşları bərpa edə biləcəyik”, – deyə nazir bildirib.

Gürcüstan hökuməti cavab olaraq bildirib ki, uçuşların bərpası Rusiyada yaşayan gürcülərin maraqlarına cavab verir.

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan isə gürcülərin əksəriyyəti adından bildirib ki, onlar uçuşların bərpasına deyil, rus ordusunun Abxaziya və Cənubi Osetiyadan çıxarılmasına üstünlük verəcəklər.

ABŞ Dövlət Departamenti də öz növbəsində bildirib ki, onlar Rusiya və Gürcüstan arasında uçuşların bərpasından narahatdırlar.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button