Dünya

Gözlənilən olmayacaq – Putinin məğlubiyyəti qaçılmazdır

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukraynadakı rus qoşunlarına rəhbər təyin edilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Rusiyameyilli media qurumları və ekspertlər Gerasimovun Ukrayna müharibəsində geridöyüş edəcəyini və ölkəsinə qələbə qazandıracağını iddia edirlər. Qərb ölkələrini təmsil edən analitiklər isə general Gerasimovun digər komandanlar kimi Rusiyanı məğlubiyyətdən xilas edə bilməyəcəyini, bu addımın yeni hücumlardan xəbər verdiyini düşünür.

Jamaz.info xəbər verir ki, Rusiya ordusundakı yeni təyinatla bağlı gözləntilərini Modern.az-la bölüşən hərbi analitik Alparslan İmamqulunun fikrincə, Sergey Surovikin Valeri Gerasimovla əvəzlənməsi sıradan təyinat kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, müharibə aparan ölkədə kadr dəyişikliyi gözləniləndir.

Nəzərə alsaq ki, Rusiya başqa bir ölkədə müharibə aparır, o zaman təyinatların 6 aydan bir olması normal haldır. Burada söhbət rəhbər vəzifəyə təyinatdan gedir. Burada minimum vaxt 6 ay götürülür və dəyişiklik normal qarşılanmalıdır”.

Hərbi analitik hesab edir ki, Valeri Gerasimov gözləntilərin əksinə olaraq, Ukrayna müharibəsində uğur qazana bilməyəcək:

“Onun hansı yeniliklərə imza atacağı daha çox hansı istiqamətdə təcrübəli olmasından asılıdır. Amma ümumi götürsək, Gerasimov da müharibədə sərhəddən kənarda iştirak etmiş generallardan biridir. Bundan sonra gedişat necə olacaq, gələcək göstərəcək. Ancaq onun hansısa ciddi uğur qazanacağını düşünmürəm. Ümumiyyətlə, bundan sonra Rusiyanın uğur qazanacağını gözləmək sadəlövhlük ola bilər. Nəticədə məğlub olmuş, geriyə çəkilmiş və parçalanmış Rusiyanı görəcəyik”.

Alparslan İmamqulu bildirib ki, Ukraynda ərazilərdən geri çəkilmələr, dəyişikliklər və əks-hücum əməliyyatları daha çox zaman qazanma kimi dəyərləndirilə bilər:

“Ümumilikdə götürdükdə 2023-cü ildə Rusiyanın məğlubiyyəti qaçılmazdır. Zelenski sülhə yaxınlaşmışıq dedikdə Rusiyanın məğlubiyyətindən bəhs edib. Ancaq məsələ Zelenski ilə bağlı deyil. Söhbət Amerika və Avropanın iradəsindən gedir. Onlara görə, sülh yalnız bir halda-Rusiya məğlub olduqda imzalana bilər”.

Xatırladaq ki, yanvarın 11-də Rusiya müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu Ukraynada xüsusi əməliyyat zonasında Birgə Qrupun komandiri təyin edib. Buna kimi Ukraynadakı rus qoşunlarına rəhbərlik edən general Sergey Surovikin isə Gerasimovun müavinlərindən biri təyin olunub. Daha iki müavin ordu generalı Oleq Salyukov (Quru Qoşunlarının Baş Komandanı) və general-polkovnik Aleksey Kim (Baş Qərargah rəisinin müavini) olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button