Dünya

Fransa daxili işlər naziri: Ermənistanın düşmənləri Fransanın düşmənləridir

“Ermənistanın düşmnləri Fransanın düşmənləridir”. 
Jamaz.info Sputnikə istinadən xəbər verir ki, bu sözləri Fransanın daxili işlər naziri Jerald Darmanin Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) ilə şam yeməyində deyib. Bu barədə Fransanın Ermənistandakı keçmiş səfiri Conatan Lakot öz Twitter səhifəsində yazıb:
“Ermənistanın düşmənləri Fransanın düşmənləridir”. Gerald Darmanin CCAF-ın illik şam yeməyində prezidenti və hökuməti təmsil edən daxili işlər naziridir”, – Lakote Darmanini qısaca belə təqdim edib.
Qeyd edək ki, bir müddət əvvəl Şuranın nümayəndələri Murad Papazyan və Ara Toranyan Fransa prezidenti Emmanuel Makronla görüşüb və Ermənistan və separatçı “Dağlıq Qarabağ”ın təhlükəsizlik məsələlərini müzakirə ediblər. Onlar Fransa liderinin diqqətini “Dağlıq Qarabağda real fəlakətə çevrilə biləcək humanitar böhran”a yönəldiblər.
İcma fəalları ona göstərilən diqqətə görə prezidentə təşəkkür edib, Fransadan yardıma ehtiyac olduğunu bildirib və Parisin “Dağlıq Qarabağ” əhalisinin təhlükəsizliyinin təmin olunmasında daha fəal iştirak edəcəyinə ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, Ermənistan hakimiyyəti Papazyanın Ermənistana girişinə qadağa qoyub. O, öz növbəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətini məhkəməyə verib və məhkəmədən onun adının persona non qrata siyahısından çıxarılmasını MTX-dən tələb edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button