Dünya

Finlandiya Türkiyəyə icazə verdi…

Finlandiya gələcəkdə Türkiyəyə silah ixracına icazə verəcək.

Jamaz.info xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaykkönen türkiyəli həmkarı Hulusi Akarla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Hazırda Finlandiyanın Türkiyəyə silah tədarükünə qəti qadağası yoxdur”, -deyə nazir bildirib.

Qeyd edək ki, görüş zamanı nazirlər Finlandiya və İsveçin NATO-ya üzvlüyünün perspektivlərini və sazişin Türkiyə hakimiyyəti tərəfindən ratifikasiyası üçün Helsinki və Stokholmun yerinə yetirməli olduğu tələbləri müzakirə ediblər.

Türkiyənin sənədin ratifikasiyası üçün konkret tarix təyin etmədiyini deyən Kaykkönen indiki durumda səbirli olmağın vacibliyini vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button