Dünya

Finlandiya ABŞ-la müdafiə sazişi imzalamağa hazırlaşır

Finlandiya ABŞ-la təhlükəsizlik sazişi bağlamağa hazırlaşır. Sənəd ölkələr arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək.
Jamaz.info bu barədə “Euractiv”ə istinadən xəbər verir.
Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun sözlərinə görə, saziş hələ ilkin mərhələdədir, ona görə də sənədin yazda qəbul olunması ehtimalı azdır.
Xatırladaq ki, ötən il sentyabrın sonunda Finlandiya Xarici İşlər Nazirliyi ABŞ-la müdafiə sahəsində əməkdaşlıq (DCA) üzrə danışıqlara başladığını elan edib. Nazirliyin məlumatına görə, təhlükəsizlik vəziyyəti tələb edərsə, sənəd daha sıx əməkdaşlığa şərait yaradacaq. Danışıqların iki ilə qədər davam edəcəyi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, ABŞ Avropa İttifaqı və NATO-nun 7 üzvü, habelə alyansın Aİ-nin üzvü olmayan 6 digər ölkəsi, o cümlədən Norveçlə analoji statuslu müqavilələr və sazişlər imzalayıb.
İyun ayında Norveç öz ərazisində daha çox ABŞ qüvvələrinin istifadəsinə imkan verən əlavə saziş üzərində işi başa çatdırıb.
Çox güman ki, Finlandiya və ABŞ arasında saziş Finlandiya ərazisində fəaliyyət göstərən Amerika qoşunlarının statusu, həmçinin vergi, gömrük rüsumları və ixtisasların tanınması ilə bağlı olacaq.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button