Dünya

Ermənistan Fransaya silah almaq üçün pulu necə ödəyəcək?

Xəbər verildiyi kimi, Fransa ilə Ermənistan arasında silah alqı-satqısı müqaviləsi bağlanıb. JAMAZ.İNFO xəbər verir ki, həmin müqaviləyə əsasən Paris İrəvana havadan müdafiə sistemləri və modern radiolakasiya qurğuları verəcək.

Qeyd edək ki, bu müqavilənin dəyəri bir neçə yüz milyon avro dəyərindədir. Lakin Ermənistanın Faransaya bu pulu necə ödəyəcəyi məsələsi açıq qalıb. Daha doğrusu, məlum deyil.

Fransanın “Le Monde” qəzeti yazır ki, Fransanın Ermənistana dəstəyi hərbi təlimlər, eləcə də radarlar və zenit-raket komplekslərinin satışından ibarət olacaq. “Bunlar Ukraynaya hərbi yardımda olduğu kimi silah tədarükü deyil, məbləği bir neçə yüz milyon avroya çata bilən müqavilələrdir. Amma İrəvanın onlara necə ödəyəcəyi hələ məlum deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button