Dünya

Erməni mətbuatı: “Bu, Azərbaycanın Ermənistan parlamentində qələbəsidir”

Erməni mətbuatı baş nazir Nikol Paşinyanın partiyasının “anti-Azərbaycan” bəyanatını qəbul etməməsini “Ermənistan parlamentində Azərbaycanın qələbəsi” adlandırıb.
Jamaz.info erməni Teleqram kanallarına istinadən xəbər verir ki, Ermənistanın “Hayastan” müxalifət fraksiyası Azərbaycan parlamentinin 8 noyabr 2022-ci il tarixli bəyanatına cavab verməyi təklif edib.
Parlamentdə uzun müddət davam edən müzakirələrdən sonra hakim “Mülki müqavilə” səsvermədə iştirak etməyib.
Qeyd edək ki, erməni müxalifətinin təklif etdiyi bəyanatda aşağıdakı məqamlar yer alırdı:
– “Artsax” xalqının öz müqəddəratını təyin etmək hüququ məhdudlaşdırıla bilməz.
– Ermənistan Respublikası “Artsax”da yaşayan ermənilərin hüquqlarını qorumağa borcludur.
– Azərbaycan “təhdid və güc tətbiqi siyasətini” davam etdirərək Türkiyə ilə birgə hərəkət edir.(bakupost)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button