Dünya

Daha bir ölkədə Quran yandırıldı

Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada tək başına keçirdiyi aksiyada Quran kitabını cırıb.

Jamaz.info xəbər verir ki, Vaqensveld Quranı cırdığı anın fotolarını “Twitter” hesabında paylaşıb.

Fotolardan görünür ki, o, Quranı yandırmaqdan belə çəkinməyib. Onun bu paylaşımı müsəlman ölkələri tərəfindən qınanılıb.

Qeyd edək ki, ötən həftə İsveçdə Türkiyə səfirliyinin binası qarşısında Danimarkanın ifrat sağçı Stram Kurs hərəkatının lideri Rasmus Paludan “Qurani-Kərim” kitabını yandırmışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button