Dünya

“Bu, rüsvayçı hiylədir” – ABŞ Putinin Milad atəşkəsinə inanmır

ABŞ Rusiyanın “xüsusi hərbi əməliyyat” zonasında elan etdiyi Milad atəşkəsinə o qədər də inamlı deyil.
Jamaz.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi təklif etdikləri heç bir şeyə inanmağa əsas verməyib. Prays qeyd edib ki, Vaşinqton Moskvanın öz qoşunlarını yenidən toplamaq və dincəlmək üçün döyüşlərdə “istənilən fasilədən” istifadə edə biləcəyindən ehtiyat edir.
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ABŞ-a görə, bu, Rusiyaya dincəlmək və tədarük üçün bir qədər vaxt qazanmaq, sonra isə yenidən “potensial olaraq daha qəddarlıqla” hücuma keçmək üçün “rüsvayçı hiylədir”.
Prays əlavə edib ki, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi ayırması ilə bağlı açıqlama çox yaxın gələcəkdə gerçəkləşəcək.
Xatırladaq ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyquya müvəqqəti olaraq (6 yanvar 12:00-dan 7 yanvar saat 24:00-dək) atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. O, Ukraynadakı tərəflər arasında bütün hərbi təmas xətti boyunca fəaliyyət göstərəcək.
Kremlin bəyanatında deyilir ki, sərəncam Ukraynada yanvarın 6-dan 7-dək Milad bayramı üçün atəşkəsə çağıran Patriarx Kirillin müraciəti nəzərə alınaraq verilib.
Kiyevdə isə Putinin müvafiq əmri “ikiüzlülük” adlandırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button