Dünya

Bu ölkədə Türkiyə üçün matəm elan edildi

Kahramanmaraşda baş verən zəlzələlər ilə əlaqədar Albaniyada fevralın 13-ü milli matəm elan edilib.

Jamaz.info “CNN Türk” kanalına istinadən xəbər verir ki, bu barədə Albaniyanın baş naziri Edi Rama öz sosial şəbəkə hesabında məlumat verib. O yazıb:

“Albaniya hökuməti qərara aldı ki, 13 fevral – bazar ertəsi Türkiyə-Suriya sərhədində baş verən böyük zəlzələ qurbanları üçün milli matəm günü elan edilsin. Bir müddət əvvəl Albaniyada oxşar fəlakət baş verəndə yanımızda olan dostumuz Türkiyə ilə həmrəyik”.

Rama, həmçinin, bazar ertəsi dövlət qurumlarında bayraqların yarıya qədər endiriləcəyini bildirib.

Qeyd edək ki, sözügedən təbii fəlakət səbəbilə Türkiyəyə ilk yardım edən ölkələrdən biri də Albaniyadır. Albaniya hökuməti qardaş ölkəyə 30 nəfərlik xilasetmə qrupu göndərib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button