Dünya

Bu ölkə də Rusiyaya məxsus bankdan çıxır

Bolqarıstan Rusiya Beynəlxalq İnvestisiya Bankından çıxacaq.

Jamaz.info “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Beynəlxalq İnvestisiya Bankı bu ilin avqustun 15-də Bolqarıstanın səhmdarlığına xitam vermək qərarına gəlib.

Beləliklə, sözügedən bankın səhmdarları sırasında Avropa İttifaqına üzv ölkələrdən yalnız Macarıstan qalacaq.

Qeyd edək ki, Beynəlxalq İnvestisiya Bankı 1970-ci ildə Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü olan ölkələr tərəfindən təsis edilmiş dövlətlərarası maliyyə təşkilatıdır.

Rusiya hazırda bu maliyyə təşkilatının əsas sahibidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button