Dünya

Bosfor boğazı bağlandı

Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Jamaz.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Boğaz hər iki istiqamətdə gəmilərin hərəkəti üçün müvəqqəti olaraq bağlanıb. Bildirilib ki, buna səbəb qatı duman və görmə məsafəsinin minimuma enməsi, əlverişsiz hava şəraitdir. Beykoz-Sarıyer və Sarıyer-Rumelikavağı-Anadolukavağı istiqamətlərində səfər marşrutları da ləğv olunub. Ləğv olunmayan digər marşrutlarda isə gecikmələrin ola biləcəyi barədə xəbərdarlıq edilib.

“Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq”, – məlumatda bildirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button