Dünya

Baydenlə Tüdor mərc bağladılar: Qaxac olunmuş ətdən

ABŞ prezidenti Co Bayden bir neçə gün əvvəl Kanadanın baş naziri Custin Tüdörla mərc gəliblər. Bu mərc Tüdorun Baydenlə telefon danışığı zamanı razılaşdırılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə baş nazir özünün Tvitter səhifəsində yazıb.

Bildirilir ki, Tüdorla Bayden Stenli Kuboku uğrunda “Tampa” və “Monreal” xokkey klublarının oyununun nəticələri ilə bağlı mərc gəliblər. ABŞ prezidenti ölkəsini təmsil edən “Tampa” klubunun qalib olacağını deyib. Tüdor isə təbii ki, öz ölkəsinin komandasının tərəfini tutub.

Qeyd edək ki, Stenli Kuboku uğrunda gedən mübarizədə Amerika klubu qalib olub və bununla da Bayden mərci udub. Dünən isə ABŞ prezidenti Kanadanın baş nazirinə telefon açaraq, ondan mərcdə udduğu Monrealda istehsal olunan qaxac əti istəyib. Və Tüdor da mərcdə uduzduğu məhsulu Baydenə göndərib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button