Dünya

ABŞ Rusiyaya qarşı bunu da edəcək

“Vaşinqton Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindədir”.

Jamaz.info xəbər verir ki, bu sözləri ABŞ Dəniz Piyadaları Korpusunun təqaüdçü kəşfiyyatçısı Skott Ritter ABŞ-ın “Tour of Duty” YouTube kanalına müsahibəsində bildirib.

“Birləşmiş Ştatlar Gürcüstanda hazırkı hökuməti dəyişdirmək, “yumşaq çevriliş” etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə hər il 40 milyon dollar yardımdan istifadə edir”, – ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti bildirib.

Onun sözlərinə görə, ABŞ Gürcüstan hökumətinin Rusiyaya qarşı ikinci cəbhənin yaradılması da daxil olmaqla, gürcü deyil, Amerikanın məqsəd və vəzifələrinə uyğun olmasını istəyir. O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar gürcülərin Amerikanın geosiyasi ambisiyaları ardınca ölməsinə icazə verməyə tam hazırdır, lakin Amerika hakimiyyətinin özləri Gürcüstanı qorumaq üçün heç vaxt öz vətəndaşlarının həyatını qurban verməyəcəklər.

Bundan əlavə, o, Gürcüstanı ABŞ hakimiyyətinin sabitliyi pozmağa çalışacağı Ukraynanın daha kiçik versiyası adlandırıb. Bu baxımdan Ritter vurğulayıb ki, Vaşinqton Əfqanıstan məsələsində olduğu kimi Ukraynanı da öz taleyinə buraxa bilər.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button