Dünya

“3-4 gündən sonra Azərbaycan Ordusu Zəngəzura girəcək”: erməni müxalifətindən təxribat   

Ermənistanda etiraz aksiyaları davam edir. JAMAZ.İNFO xəbər verir ki, səhər saatlarından başlayan aksiya polis tərəfindən bir neçə dəfə dağıdılıb.

Bir qədər əvvəl xəbər verilib ki, Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Koçaryanın oğlu da saxlanılıb. Onun döyüldüyü, ağır vəziyyətdə xəstəxanaya aparıldığı bildirilir.

İrəvan polisi isə açıqama yayıb ki, şəhərin bağlı olan küçəsi yoxdur. Aksiyaçılara müraciət olunub ki, dağılışsınlar. Əks təqdirdə, bunu məcburi edəcəklər.

JAMAZ.İNFO xəbər verir ki, aksiyaların əsas təşkilatçısı “Ana Ermənistan” Partiyasının sədri Andranik Tevanyandır. O da digərləri kimi saxlanılıb. Hazırda məhkəmə qarşısına çıxarılacaq Tevanyana cinayət işinin açılacağı gözlənilir.

Bu əsnada, əhalini küçəyə çıxara bilməyən erməni müxalifəti yeni bir təxribata əl atmağa başlayıb. Belə ki, İərvan Teatrının qarşısına toplaşan bir qrup gümrülü tələbələr, əhaliyə müraciət ediblər. Onlar iddia ediblər ki, əgər aksiyaya qoşulub, Paşinyanı devirməsələr, 3-4 gündən sonra Azərbaycan Ordusu Gümrüyə və Sünikə daxil olacaq. “Növbə artıq Sünikdədir. Sünik azərbaycandır deyəcəkllər. Biz biganə olsaq, 3-4 gündən sonra Sünik Azərbaycanın olacaq”.

Qeyd edək ki, ermənilərin belə qaraşılıq etməsi ilk deyil. Onlar illərdir bizim torpaqlarımızı işğal edib, etmədikləri zülm qalmayıb.  Elə zənn edirlər ki, biz də onlar kimiyik. Bu ağılsız və cahil topluma dəfələrlə demişik ki, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button