Dünya

2023-cü ilin qələbə ili olması üçün hər şeyi edirik – Zelenski

Ukrayna prezidenti Volodimir Zelenskinin başçılığı ilə Ali Baş Komandan Qərargahının toplantısı keçirilib.

Jamaz.info xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib.

“Ali Baş Komandan Qərargahının növbəti iclasını keçirdim. Valeri Zalujnı cəbhənin əsas istiqamətlərində vəziyyət barədə məruzə etdi. Kiril Budanovun raportunda təcavüzkarın yaxın dövrdə atacağı ehtimal olunan addımlar öz əksini tapmışdı. Ordumuzun texnika və silah-sursatla təminatı məsələsi yenidən işlənib hazırlanmışdır. Hərbçilərin maaşları və mükafatları məsələlərini də ayrı-ayrı müzakirə etdik. Biz 2023-cü ilin qələbə ili olması üçün hər şeyi edirik. Yaşasın Ukrayna!”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button