Cəmiyyət

Xalq artistinə vəzifə verildi

Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında işə başlayıb.

Jamaz.info xəbər verir ki, Xalq artisti Teleqraf.com-a açıqlamasında teatrda quruluşçu rejissor kimi çalışdığını vurğulayıb:

“Mədəniyyət Nazirliyinin dəvəti ilə müqavilə əsasında yanvarda Mingəçevir Dövlət Dram Teatrında rejissor kimi işə başladım. Teatrda ilk tamaşanı hazırladım və premyerası baş tutdu. Yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan “Varlı qadın” tamaşasını təqdim etdik. Camaat sevinir və gəlib tamaşaya baxırlar”.

Bir müddət əvvəl işsizlikdən şikayətlənən Valeh Kərimov bu sözləri də əlavə edib: “İşə başım qarışır və bir də görürəm ki, axşam oldu. İnsan işsiz çox darıxır”.

Qeyd edək ki, Valeh Kərimov “Bəxt üzüyü” filmində Moşu obrazı ilə məşhurlaşıb. Onun 79 yaşı var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button