Cəmiyyət

Qarabağdakı rus sülhməramlıları təlim keçirlər

Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları yeni hərbi təlimlərə start verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, sülhməramlı kontingentin 150 nəfərdən ibarət heyəti nəzərədə tutulmuş təlim meydançasında minaatanlardan, artilleriya qurğularından istifadə etməklə atəş nöqtələrinin susdurulması, hərəkət edən atəş nöqtələrinin sıradan çıxarılması təlimlərinə başlayıblar. Təlimlərdə BTR-82A zirehli maşınından, habelə PKTM pulyamiyotundan da istifadə edilir.

P.S. Görünür, ruslar bu təlimlərlə Şuşanın, Ağdamın daha yaxşı atəşə tutulmasını təmin etmək üçün məşq edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button