Cəmiyyət

Bu siroplar uşaqları öldürə bilər – Xəbərdarlıq

Öskürək siropu üç ölkədə 300-dən çox insanın ölümünə səbəb olub. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır.

Jamaz.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Nəticələr üç ölkədə – Özbəkistan, Qambiya və İndoneziyada yüzlərlə azyaşlı uşaqda aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, yüksək təsirli dietilen qlikol və etilen qlikolun olduğu təsdiqlənmiş və ya şübhəli bilinən uşaq öskürək siropu oktyabr-yanvar aylarında yeddi ölkədə satılıb.
ÜST bütün 194 üzv ölkəyə xəbərdarlıq göndərərək təhlükəli dərmanların apteklərdən çıxarılmasını tələb edib.
Sənaye həlledicisi antifriz kimi istifadə edilən bu maddələr kiçik dozalarda belə ölümcüldür və buna görə də onların dərman preparatlarında olması qadağandır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button