Cəmiyyət

Bakı metrosunda iş saatı uzadıldı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə paytaxtda keçirilən kütləvi mədəni tədbirləri nəzərə alaraq, bu gecə Bakı metropoliteninin iş vaxtı bir saat uzadılacaq.

Jamaz.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Mayın 11-nə keçən gecə saat 01:00-a qədər metropolitenin bütün stansiyaları sərnişinlərin girişinə açıq olacaq.

Gücləndirilmiş iş rejiminin və keçiriləcək tədbirlərin xüsusiyyətlərinə uyğun olaraq, ehtiyat qatarların xəttə buraxılması qaydası diqqətdə saxlanılacaq. Zərurət yaranacağı təqdirdə qatarlar xəttə veriləcək.

Axşam saatlarından başlayaraq şəhər mərkəzi və kütləvi tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi cəlb ediləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button