Cəmiyyət

Arayiklə görüşən II Qaragin Xankəndinə səfərə hazırlaşır  

Erməni Kilsəsinin rəhbəri II Qaragin bu yaxınlarda Qarabağdakı erməni terrorçularının başçısı Arayik Arutyunyanla görüşüb. JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdə Qarabağ məsələsi geniş müzakirə olunub.

Gələn xəbərlərə görə, II Qaragin yaxın günlərdə Xankəndinə səfər edəcəyini, orada yaşayan ermənilərlə görüşəcəyini bildirib. Lakin səfərin konkret olaraq hansı tarixdə baş verəcəyi məlum deyil.

Qeyd edək ki, Xankəndi Azərbaycan ərazisidir və ora gələnlərin, xüsusən rəsmi şəxslərin gəlişi üçün Bakıdan icazə alınmalıdır. Rəsmi Bakı bununla bağlı dəfələrlə açıqlama verib və bildirib ki, Qarabağa icazəsiz səfərlərin qarşısı alınmalıdır və bu barədə rus sülhməramlılarına xəbərdarlıq olunub. Belə olan təqdirdə, II Qaraginin Xankəndinə səfəri də rəsmi icazə ilə reallaşmalıdır. Amma bu baş verəcəkmi?

Qaldı, II Qaraginin özünə, o erməni kilsəsinin rəhbəıridir. Lakin o, eyni zamanda siyasətlə məşğuldur. Bunu üzdə etiraf etməsələr də, əməldə hər şey görünür. Digər tərəfdən, erməni kilsəsi həmişə millətçiliyin, yeni qəsb və qətliamların fərmanlarını verən mərkəz olaraq tanınır. Onların ayaqları dəyən yerlərdə həmişə qan axıb. Belə olan halda, II Qaraginin Azərbaycan ərazisinə gəlişinə icazə verilməməlidir. Çünki o, səbəbsiz yerə Qarabağa gəlmir. Və çıxışları ilə də orada yaşayan erməniləri qızışdıracaq, təxribata çəkəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button