Cəmiyyət

“Agah olun, onlar İranın ən güclü təbliğatçılarıdır”

“Agah olun ki, şəxsi patoloji motivlərindən çıxış edərək din, dindarlar əleyhinə yerli-yersiz danışan və yazan şəxslər İranın, onun əsaslandırmalarının ən güclü təbliğatçılardır”.

Jamaz.info xəbər verir ki, bu sözləri feysbukda aparıcı Turan İbrahimov paylaşıb. O, dinlə bağlı yersiz çıxışlar edən, statuslar yazan şəxsləri tənqid edib:

“İran “din, məzhəb əldən gedir” deyib irəliləyir. Həmin şəxslər də bu baxımdan İrana gözəl pas ötürmüş olurlar. Nəticədə cəmiyyətdə qütübləşməni gücləndirirlər. Bilərəkdən və ya bilməyərəkdən…

Ey ateistər, deistlər, aqnostsislər və başqaları! İnanmayın, öz işinizdi, haqqınızdı. Amma inananlarla yerli-yersiz “mübarizə” aparmaqla da cəmiyyəti qütübləşdirməyin. Yekə adamlarsınız, qanacağınız, mərifətiniz olsun. Xurafatla mübarizə də siz etdiyiniz kimi olmur. Heç olmazsa bu həssas dönəmlərdə sakit durun!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button