Media

Publika.az saytının ad günüdür

Bu gün “Gündəlik Teleqraf” MMC-yə daxil olan Publika.az və Teleqraf.com saytlarının 11 yaşı tamam olur.

Publika.az 2012-ci ilin martın 1-də portal kimi, “Teleqraf” isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb.

Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, habelə digər videolayihələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Portal özündə bir neçə bölməni birləşdirir. Nida.az, Qırmızı.az, Stringer.az, Tabloid.az, Bilgi.az, Ekopublika.az, Rəsmi xronika, Dünya, Maraqlı, Mistika, İdman, Layihələr bölmələrinin hər biri alt qruplardan ibarətdir. Portalda ayrıca olaraq “Bitmiş layihələr” bölməsi də var. Bu bölmədə indiyə qədər yayımlanmış, hazırda dayandırılan layihələr toplanıb. Oxucu özünə maraqlı olan layihələri buradan tapa bilər.

Jamaz.info xəbər verir ki, Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

Teleqraf.com saytı isə siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edir.

Əməkdaşlarımızı təbrik edirik!

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button