Ölkə içi

Erməni mediası: Laçın yolunda yoxlama aparatı quraşdırılacaq

Laçın-Xankəndi yolunda gediş-gəlişə nəzarət məqsədilə “X-ray” yoxlama aparatı quraşdırıla bilər.

Jamaz.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, Azərbaycan erməni separatçılarının, ağır hərbi texnikaların Qarabağdan çıxarılmasını, mədənlərdə monitorinqlərin aparılması və Laçın dəhlizində x-ray aparatlarının quraşdırılması ilə bağlı tələblər irəli sürüb.

Qəzet iddia edir ki, son danışıqlar zamanı x-ray aparatlarının quraşdırılması barədə razılıq əldə olunub. Digər məsələlərlə bağlı danışıqlar davam etdiriləcək.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button