ManşetÖlkə içi

Arayik qızının toyuna hazırlaşır

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın qızı ailə qurmağa hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda dərc olunan “Hraparak” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Arayik qızına hələ oktyabrda toy etmək istəyirmiş. Həmin vaxt həm vəziyyətdən dolayı, həm də Harutyunyanın işləri ilə əlaqədar mərasimi təxirə salmalı olublar. Laçın dəhlizi üzərində keçirilən aksiyalardan sonra isə toy məsələsi yenidən təxirə salınıb.

Həmin məlumata görə, Arayikin qızının nişanlısı da Qarabağ ermənisidir. O, Əsgəranın “Noraqığ” kəndində (bu kəndin əsl adının dəqiqləşdirə bilmədik-red.) doğulub. Hazırda isə Qarabağda “xilasetmə” işində çalışır.  O, Arayikin qızı ilə tələbə yoldaşı olub.

“Hraparak” yazır ki, Arayik Harutyunyan əvvəlcə toyu Ermənistanda etmək istəyirmiş. Bu da onunla bağlı imiş ki, İrəvan rəsmiləri də toyda iştirak edə bilsinlər. Ona görə də, separatçıbaşı Laçın dəhlizinin açılması üçün hər şey etməyə hazırdır. Lakin onun qohumlarından biri sözügedən qəzetə açıqlamasında deyib ki, belə bir niyyətləri yoxdur. “Bu, istisnadır. Əgər vəziyyət dəyişməsə, biz toyu Qarabağda çox kiçik bir həyətdə keçirəcəyik. Yox, vəziyyət dəyişərsə və yol açılarsa, toy bir qədər geniş təşkil olunacaq. Mərasimi bir neçə aydan sonra Qarabvağda keçirəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button