GündəmManşet

Erməni rəsmiləri Qarabağla bağlı tədbirə qatılmaqdan imtina ediblər

Bu gün bir qrup erməni tarixçi və alim İrəvanda yerləşən Mesop Maitos adına Qərim Əlyazmalar İnstitutnda Qarabağa dair konfrans təşkil ediblər. JAMAZ.İNFO xəbər verir ki, tədbirin adı “Qarabağ “respublikası”nın beynəlxalq səviyyədə tanınmasının imperativi” olub.

Tədbirin təşkilatçısı Ermənistanda revanşistlərin aparıcı nümayəndələrindən biri olan Avetik Çalabyandır. Konfransda Qarabağın beynəlxalq səviyyədə tanınması məsələsi müzakirə edilib və oraya Ermənistan hökumətinin nümayəndələri də dəvət olunublar.

Çalabyan deyib ki, dəvətə baxmayaraq, Ermənistan rəsmilərindən heç biri konfransa qatılmayıblar. O qeyd edib ki, İrəvan rəsmiləri hətta tədbirə qatılmaqdan imtina ediblər. Onların addımlarının konkret səbəbi isə bilinmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button