AraşdırmaManşet

Yəhudi jurnalist: “Azərbaycan Naxçıvana yolu açacaqmı?”  

İsraildə nəşr olunan “Tablet” jurnalının əməkdaşı, jurnalist Armin Rosen Azərbaycan əleyhinə məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, “Qoyun olmaq pisdir” adlı məqaləsində yəhudi jurnalist İsraillə Ermənistan arasında paralellər aparır, onların Asiya xalqı olduğunu vurğulayır və Azərbaycanla müharibə məsələsindən bəhs edir.

Rosen yazır ki, İrəvanda gözlənilən fəlakət hissi yoxdur və bir müddət sonra bu sakitlik özlüyündə narahatlıq mənbəyinə çevrilib. “Sərhəddə demək olar ki, hər həftə atışmalar olur və ABŞ-ın rəhbərlik etdiyi sülh danışıqlarına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev hər yerdə qələbədən danışır. Onun açıqlamalarından bəzi suallar da çıxarmaq olar. Məsələn, Bakı Naxçıvanda dayanacaqmı? Azərbaycanlılar, eləcə də onlara kömək etdiyi güman edilən Türkiyə xüsusi təyinatlıları və hərbi müşavirləri İrəvana qədər gedəcəklərmi?”

Jurnalist daha sonra qeyd edir ki, 2020-ci ilin noyabrına qədər Cermuk və onun sovet dövründən qalma sanatoriyasının əkiz beton monolitləri Qarabağla sərhədə yaxın idi. “Lakin 2020-ci il müharibəsi cəbhəni şəhərdən 15 km uzaqlaşdırdı, 2022-ci ilin sentyabr döyüşləri isə Azərbaycan şəhərə daha da yaxınlaşdırdı. Cermuk o şəhərlərdən biridir ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana cəmi 30 km məsafə var. Əgər Azərbaycan Naxçıvana yol açmaq istəsə, o zaman Cermuxu götürməlidir”.

Rosen bildirir ki, İrəvanda demək olar ki, hərbçi qalmayıb. “2020-ci ildə döyüş meydanında sarsıdıcı məğlubiyyət, eləcə də onilliklər ərzində qəbul edilmiş pis strateji qərarlar o deməkdir ki, Qarabağ indi erməni liderlərinin yalnız diplomatiya yolu ilə həll oluna biləcəyinə inandığı problemdir. Görüşdüyümüz rəsmilərdən heç biri Qarabağı dünya ilə birləşdirən yeganə yol olan Laçın dəhlizinin Azərbaycanın tamamilə bağlanması məsələsinin indiki və ya gələcək hərbi yolla həlli ehtimalını gündəmə gətirməyib”.

P.S. Yəhudi jurnalistin bu yanaşması qüsurludur. Ona görə ki, Azərbaycan heç vaxt Ermənistan ərazisinə girmək və ya işğal etmək fikrində deyil. Rəsmi Bakının İrəvandan istədiyi odur ki, 10 noyabr razılaşmasına əsasən Naxçıvana yolun açılmasını təmin etməlidir. Bu gün Ermənistan demək olar ki, bundan imtina edir. Belə olan halda, həmin yolun açılması üçün Azərbaycan yenə hərbi yox, məhz diplomatik vasitələrə baş vurur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button