ManşetSiyasətUncategorized

RBK-nın Qarabağla bağlı xəritəsi Xankəndini qarışdırdı

Bir neçə gün əvvəl Rusiyanın RBK İnformasiya Agentliyi Qarabağla bağlı xəritə paylaşmışdı. Jamaz.info xəbər verir ki, həmin xəritədə Ağdərə, Xocavənd və Xocalının Azərbaycana veriləcəyi əks olunmuşdu. Maraqlıdır ki, xəritə yayılandan az sonra saytdan götürülüb.
Həmin xəritə Qarabağda yaşayan ermənilərin qorxuya düşməsinə səbəb olub. Hətta Ağdərə və Xocavənddə yaşayan ermənilər Xankəndidəki separatçılardan təcili açıqlama tələb etməyə başlayıblar.
Qazaxıstanda yaşayan erməni şərqşünas ”Orbeli” mərkəzinin keçmiş eksperti Andranik Ohanesyan bu barədə yazıb ki, xəritə doğru olarsa, bu hazırda ermənilərin əlində qalan cəmi 2500 kv.km ərazinin 1000 kv.km-nin Azərbaycanın nəzarətinə keçməsi deməkdir. ”RBK agentliyindən və Ermənistan hakimiyyətindən açıqlama tələb edirəm. Əgər təxribatdırsa, üzr istəsinlər. Deyilsə, bu artıq Qarabağın yox olması deməkdir”.
Qarabağda yaşayan ermənilər arasında gəzən söhbət isə daha maraqlıdır. Onlar deyirlər ki, bir neçə gündür Qarabağ ərazisində xəbər yayılıb ki, Rusiya sülhməramlıları bundan sonra yalnız Xankəndidə xidmət edəcəklər. Digər ərazilər isə Azərbaycana veriləcək. Məsələn, Xankəndidəki ”təşkilat”lardan birinin rəhbəri Bella Lalayan deyir ki, noyabrın 9-dan bəri Əsgəranda Xocalının geri veriləcəyinin söhbətləri gedirdi. ”Ümid edirəm ki, RBK-nın yaydığı xəritə Azərbaycanın xahişi ilə təşkil olunub və yalandır. Amma görünən odur ki, məsələ çox ciddidir ki, xəritə təcili yayılıb”.
Qarabağdakı qondrama “parlamentin” “deputatı”, daşnak Vaqram Balayan jurnalistin sualına cavab olaraq bildirib ki, onda yeni ərazilərin Azərbaycana qaytarılması barədə məlumat yoxdur.
Serparatçıların “əlmeymunu” olan David Babayan isə məsələyə heç bir münasibət bildirmək istəməyib. Qondarma “parlamentin” “spiker”i Narina Avanesyan isə qəribə açıqlama verib. ”Mən xəritəni görməmişəm. Onu şərh edə bilmərəm. Əgər əlimdə rəsmi məlumat olarsa, danışa bilərəm. Yaxşı olar ki, bu barədə İrəvan hökumətindən soruşasınız”.
Ağdərə erməniləri arasında yayılan xəbərə görə isə onları yaxın günlərdə Xankəndinə köçürəcəklər.
JAMAZ.İNFO

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button