ManşetSiyasət

Separatçıların nümayəndəsi: “Arayik və adamları rusların komandanlarına çoxlu pul, maşın və bahalı hədiyyələr verirlər”

Laçın dəhlizi ətrafında baş verən son hadisələr və ETSN-in mütəxəssislərinin Ağdərə ərazisində ekoloji monitorinq keçirmək üçün Xocalıya getməsi Qarabağdakı ermənilərin ürəyincə olmayıb. Onlar Azərbaycan nümayəndə heyətinin Qarabağa gəlməsini qəbullana bilmirlər. Ona görə də, yaxın günlərdə Qarabağda yerləşmiş rus sülhməramlılarının qərargahı qarşısında aksiya keçirməyi planlaşdırırlar.

JAMAZ.İNFO xəbər verir ki, aksiyanın təşkilatçısı Qarabağdakı separatçılardan biri olan Tiqran Petrosyandır. O, “Hraparak” qəzetinə müsahibəsində bu məlumatı təsdiqləyib. “Artıq yerli qurumlara bel bağlaya bilmərik. Heç səsləri də çıxmır. Məcburuq özümüz təşkilatlanaq. Nəsə etməliyik. Başqa yolumuz yoxdur”.

Separatçı deyib ki, hələ Fərrux hadisələri zamanı Volkovla görüşmək cəhdi ediblər. Lakin görüşləri Laçın şəhəri düşməndən azad ediləndən sonra baş tutub. “Volkovla sərt danışdım. O da gedib bizdən şikayət etdi. Məni çağırıb dedilər ki, gərək belə etməyəydin. Amma mən sözümdən çəkilmədim. Həmin vaxt Volkovun özünə də demişdim, bu gün də deyirəm: səni qovacağıq, sən buradan gedəcəksən”.

Petrosyan bildirib ki, Qarabağda rus sülhmərmlıları ilə münasibətləri gücləndimək doğru deyil. Onun sözlərinə görə, ruslar Qarabağa gələndə hamı sevinirdi, indi isə onlara etibar etmirlər. “Hamımız sevinirdik ki, ruslar gələndən sonra müharibə olmayacaq və bizi qoruyacaqlar. Ona görə də, Putinin şəkillərinin yapışdırılmasına icazə verdik. Lakin indi anlayırıq ki, bizi yavaş-yavaş Azərbaycanın tərkibinə aparırlar. İndi başa düşürəm ki, rus bizi dəstəkləmək istəmir, ya da bacarmır”.

Separatçıların nümayəndəsi vurğulayıb ki, Volkovla söhbəti zamanı bir neçə məqama da aydınlıq gətirib. “Volkova sual verdim: istəmirsiniz, yoxsa bacarmırsınız? Dedi: bacarmırıq. Ttəklif etdim ki, bacarmırsızsa, Fransızları, Amerikalıları dəvət edin, gəlib, sizinlə birlikdə burada xidmət etsinlər. Cavab vermədi”.

Petrosyan Qarabağda əhalinin ruslara olan inam və etibarının xeyli azaldığını da dilə gətirib. O bildirib ki, əgər 2020-ci ildə Qarabağdakı ermənilərin 99 faizi ruslara etibar edirdisə, indi bu rəqəm 9 faizə bərabərdir. “İinsanlar bu gün qeyri müəyyənlik içindədir. Sabah nə olacağından da əmin deyillər. Qarabağın rəhbərləri, Arayik, Vitalik, kim gəlir, onun cibini doldururlar, milyonçu edirlər. Muradov gəldi, ciblərini doldurdular, milyonçu elədilər. Muradov getdi, yerinə gələnə maşın da verdilər, üstündə də çoxlu pul. Mən demirəm ki, onlara pul verməsinlər. Versinlər, lakin ermənilərin xeyri üçün”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button