Dünya

“Rusiya ilə müharibə 2023-cü ildə bitə bilər”

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya ilə müharibə 2023-cü ildə bitə bilər.

Jamaz.info xəbər verir ki, Zelenski bu barədə “Politico”ya müsahibəsində bildirib.

“Mən inanıram ki, ukraynalılar gələn il sülh dövrünün ən nüfuzlu xalqı olacaq”, – Zelenski deyib.

Prezident Ukraynaya kömək edən bütün dövlətlətə təşəkkürünü bildirib.

ABŞ-ın “Politico” nəşri Vledimir Zelenskini “2022-ci ilin ən nüfuzlu avropalısı” adlandırıb.

Daha əvvəl ABŞ-ın məşhur “Taym” jurnalı da Ukrayna prezidenti V.Zelenskini “İlin adamı” elan edib. Onun cəsurluğu və Rusiya işğalına qarşı xalqın müqavimət ruhunu yüksəltmək bacarığı təqdir olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button