Dünya

Ukraynalı nazirdən elektrik probleminə münasibət: “Sekslə məşğul olmağın əsl vaxtıdır”

Ukrayna müharibə səbəbindən ciddi elektrik enerjisi sıxıntısı yaşayır. Rusiyanın Ukrayna elektrik enerjisi istehsal edən şəbəkələrini, habelə infrastrukturu raketlə vurduqdan sonra bir çox məntəqələr, həmçinin Kiyevin özü belə işıqsız qalıb.

JAMAZ.İNFO xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bununla bağlı qəribə açıqlama verib.

O, İspaniyanın Cadena SER radiosuna müsahibəsində deyib ki, elektrik enerjisinin kəsilməsi fonunda Ukraynada doğum səviyyəsinin artacağına əmindir. “Düşünürəm ki, yəqin ki, bu elektrik kəsilməsi səbəbindən Ukraynada doğum səviyyəsi yaxşılaşacaq… Bu, sekslə məşğul olmaq və həyatdan həzz almaq üçün ən yaxşı vaxtdır. Mən ciddiyəm, çünki ukraynalılar həmişə problemdən çıxış yolu tapırlar. Ən çətin şəraitdə belə”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button