GündəmManşet

Rus politoloq: “Rusiya Azərbaycanı daha çox özünkü bilir”

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tərkib hissələri barədə danışmaq hələ tezdir. Bu barədə Rusiya prezidenti Vladimir Putin də oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşün yekun bəyanatı zamanı da bildirib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiyanın “Kommersant” qəzetinin siyasi şərhçisi Maksim Yusin deyib.

Politoloq hesab edir ki, hazırda Rusiya ilə Qərb arasında Qafqazdakı sülhməramlıların qalıb-qalmaması məsələsində kəskin mübarizə getdiyinə daha çox diqqət yetirmək lazımdır. O qeyd edib ki, Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərinin ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilməsi artıq keçmiş və tarixdir. Bu gün bir tərəfdən ABŞ və Fransanın, digər tərəfdən isə Rusiyanın hər hansı birgə təşəbbüslə çıxış edə biləcəyini təsəvvür etmək belə mümkün deyil. Hətta bu, Cənubi Qafqazda sülhün əldə olunması üçün ən əlverişli olsa belə. Ona görə də indi sülhməramlılar məsələsində şiddətli mübarizənin getməsi təsadüfi deyil”.

Onun sözlərinə görə, Rusiyanın sülh planı Qərbin təqdim etdiyi sülh planına alternativ hesab olunur və rusiyalı ekspert qeyd edir ki, Paşinyanla Əliyev arasında əvvəlki görüş Qərbin himayəsi altında Brüsseldə baş tutub. “Bu məntiqə görə, Soçi görüşü Paşinyan-Əliyevin himayəsi ilə keçirilən görüşə cavab sayıla bilər”.

Yusin deyir ki, Rusiyanın Ukrayna müharibəsində iştirakı Azərbaycana cəsarət verir. “Eyni zamanda Moskvada Paşinyana müəyyən etimadsızlıq var və Əliyev Ermənistan liderindən daha çox “özününkü” hesab olunur. Bundan başqa Türkiyə-Azərbaycan müttəfiqliyi də təsirli faktordur”.

Rus politoloq hesab edir ki, bu, Rusiyanın maraqlarına xələl gətirəcək. “Ona görə də böyük ehtimalla hansısa kompromislər tapılacaq. Moskvanın tarixən öz məsuliyyəti altında olan Cənubi Qafqazdakı məsələləri onun iştirakı olmadan həll etməsi qəbuledilməz olacaq. Məsələ başqadır ki, indi Moskva əvvəlkindən daha az dinlənir. İndi ona əvvəlki kimi qulaq asmırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button