ManşetSiyasət

Entoni Blinken: “Qarabağdakı status-kvo sabit deyil”

ABŞ-ın dövlət katibi Entoni Blinken dünən Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. JAMAZ.İNFO xəbər verir ki, həmin danışıqlarda bir sıra məsələlər müzakirə olunub. O cümlədən Qarabağ məsələsi, sərhədlərdə baş verənlər və erməni diversantlarla bağlı danışıqlar olub.

Blinken deyib ki, ABŞ hazırda Azərbaycanda həbsdə olan erməni diversantların geri qaytarılması üçün ciddi-cəhdlə çalışır. Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsinin həlli üçün ATƏT0in Minsk Qrupunun fəaliyyətinin bərpası vacib məsələdir. Lakin Blinken hesab edir ki, Minsk Qrupunun fəaliyyətinin bərpası ilə yanaşı, həm də onun sülh prosesi üçün dəqiq və konkret gündəliyi olmalıdır. “Bu məsələnin uzunmüddətli həllinə nail olmaq imkanı yaradacaq”.

ABŞ-ın dövlət katibi Qarabağdakı rus sülhməramlılarının “bostanına da daş atıb”. O deyib ki, Qarabağdakı hazırkı status-kvo stabil vəziyyət anlamına gəlmir. Onun sözlərinə görə, həmsədrlərə müzakirə ediləcək dəqiq və aydın gündəmi olmalıdır. “Məhz müzakirə olunacaq məsələlərə dair dəqiq və aydın gündəmin olması danışıqların uğurla başa çatmasının təminatı deməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button