İqtisadiyyat

Vüqar Bayramov: “Neftin qiyməti pandemiyanın miqyasından asılı olacaq”

O, qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə OPEC+ ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşməyib:  “Artıq Brent markalı neftin 1 barelinin qiyməti 67 dollardan baha satılır. Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq pisxoloji həddə yaxınlaşmaqdadır. Aydındır ki, hətta OPEC+ ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barel artsa da, bazarda təklif kəskin artmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanmasına imkan verəcək”.
Deputat hesab edir ki, gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır: “2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button