İqtisadiyyatManşet

Qazaxıstan Naxçıvan Dəhlizinin açılışını gözləyir: “Böyük mənfəətlər qapısıdır”

44 günlük Qarabağ savaşı və əldə olunan nəticə təkcə, Azərbaycanın deyil, həmçinin Türkiyə, Orta Asiya və Gürcüstanın da yeni imkanlar əldə etməsinə təkan verəcək. JAMAZ.İNFO xəbər verir ki, bunu  Qazaxıstandan olan ekspertlər dilə gətirblər.

Belə ki, Mehri dəhlizinin açılması ilə bağlı danışan qazax ekspertlər deyirlər ki, Qarabağ məsələsi həllini tapdıqdan sonra açıqlacaq dəmir və avtomobil yolu Astanaya da böyük xeyirlər gətirəcək.

İlkin hesablamalara görə, Mehri dəhlizi açıldıqdan sonra Türkiyə-Qazaxıstan arasında ticarət dövriyyəsi sürətlə artacaq. Eyni zamanda, Türkiyənin 4 bölgəsi, Qars, İğdır, Ərdaha və Van yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Bəs, prosesin Qazaxıstana nə kimi xeyri olacaq? Qazax iqtisadçı ekspreti Saparbay Jubayev deyir ki, yeni yaradılacaq Mehri dəhlizi Orta Asiyanın geostrateji əhəmiyyətini daha da gücləndirəcək. Onun sözlərinə görə, Qazaxıstan dünyanın quru sərhədləri olan ən böyük ölkə olması ilə yanaşı, Naxçıvan dəhlizindən istifadə etməklə ölkələr arasındakı yerini daha da möhkəmləndirəcək.

Jubayev qeyd edir ki, Qazaxıstanla Azərbaycanın Xəzər dənizində qarşılıqlı yük gəmilərini qəbul etmək imkanları çoxdur və bunun üçün yetərli liman imkanları var. “Biz bununla Avropa ilə Çindən gələn yükləri Rusiya və ya İrana məcbur olmadan öz aramızda birbaşa daşımaq imkanına sahib olacağıq”.

Qazax ekspert daha sonra deyir ki, Qazaxıstan hal hazırda Rusiya üzərindən və Bakı-Tbilisi-Qars dəmiryolu ilə Avropaya yük daşıyır. “Naxçıvan dəhliziylə Türkiyı-Azərbaycan-Qazaxıstan arasında “qardaş ölkələrin marşrutu”nu yarada bilər. Beləliklə, Türkiyənin Orta Asiya və Çinə çatdırılma daha da asanlaşacaq. Bizim də Türkiyə üzərindən Aralıq dənizi və Avropaya çıxış imkanlarımız genişlənəcək. Ən önəmlisi isə Türk dövlətləri arasında qarşılıqlı gediş-gəliş artacaq”.

Çinə quru yolu vasitəsi ilə daşınan yükün 50 faizini və dəmir yolu ilə daşınmaların 10 faizinin Qazaxıstan üzərindən Avropaya getdiyini vurğulayan Jubayev deyir ki, hazırda Çin Avropaya yüklərin çoxunu Rusiya ərazisindən daşıyır. “Ancaq Bakı-Tbilisi-Qars dəmiryoluan alternativ bir marşrutun açılması ilə bu vəziyyət dəyişə bilər”.

Onun sözlərinə görə, Naxçıvan dəhlizinin açılması bölgədəki turizm sektorunun da ciddi şəkildə inkişaf edəcəyinə iman verəcək.

Qazaxıstan İqtisadi Araşdırmalar İnstitutunun mütəxəssisi Mdiyar Kencebolat isə sözügedən koridorun Türkiyə ilə Qazaxıstan arasında qarşılıqlı ticarətin artmasında önəmli rol oynayacağını bildirib. “Həmin koridorun sayəsində ölkəmizdə Qazax-Türk birgə müəssisələrin sayı arta bilər. Türkiyədən gətirilən xam malı burada emal edərək, hazır məhsul şəkilində Avrasiya İqtisadi Birliyi çərçivəsində vergidən azad şəkildə Rusiya bazarlarına çıxarmaq olar. Eyni müəssisələr Qazaxıstan-Çin sərhəddindəki Horgos Azad İqtisadi Zzonada da qurula bilər”.

Qazaxıstanın maliyyə mütəxəssisi Sabit Rısbayev də hesab edir ki, Naxçıvan Dəhlizi Qafqaz ölkələrinə ciddi bir üstünlük gətirəcək. “Naxçıvan Dəhlizinin işə düşməsi tarixi İpək Yolunu yenidən canlandıracaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button