Dünya

Benzin və dizelin qiyməti ucuzlaşdı: bizdə yox, Ermənistanda

Ermənistanda benzin və dizel yanacağının qiyməti xeyli aşağı düşüb. JAMAZ.İNFO xəbər verir ki, ötən ilin sonunda bir litri 500 drama (2.15 manata) satılan benzinin qiyməti 200 dram ucuzlaşaraq, 330 drama (1 manat 42 qəpik) düşüb.

Dizel yanacağının ötənilki qiyməti 700 dram (3.4 manat) olsa da, onun da qiymətində 200 dram azalma olub və hazırda bir litri 500 drama (2.16 manat) enib.

Ermənistan hökuməti qiymətlərin aşağı düşməsini dünya neft bazarında ucuzlaşma olması ilə əsaslandırıb.

P.S. Ermənistanda benzin və dizel yanacağının əhəmiyyətli dərəcədə aşağı düşməsini gördükdə, adama elə gəlir ki, biz yox, onlar neft-qaz ölkəsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button