GündəmManşet

Bakıdan İrəvana 70 milyard dollarlıq təzminat tələbi: sənədlər məhkəməyə hazırlanır

Azərbaycan Ermənistandan hərbi və mülki ziyanların ödənilməsi tələbi ilə beynəlxalq məhkəmələrə müraciət edəcək. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.

O bildirib ki, Azərbaycanın təzminat tələbi ilə məhkəməyə müraciəti yeni ilin ilk aylarında reallaşacaq. Onun sözlərinə görə, Bakının İrəvandan vurduğu zərər müqabilində tələb edəcəyi təzminatın məbləği 70 milyard dollar təşkil edəcək. “Biz yeni ilə hazırlaşarkən, Azərbaycanda da Ermənistandan təzminar tələbi ilə 70 milyard dollarlıq məhkəmə iddiası hazırlayır. İlk addım Qarabağdakı mədənlərin ermənilərin əlindən alınması olacaq. Ardından isə Laçın dəhlizini, yəni, Qarabağın giriş qapısının Azərbaycana verilməsi prosesi başlayacaq. Əgər azərbaycanlıların bu tələbi indi yerinə yetirilibsə, daha sonra hansı ağrılı proseslərin baş verəcəyini deməyə gərək qalmır”.

Qeyd edək ki, Azərbaycan Ermənistanı 30 illik işğal dövründə ölkəmizə vurduğu maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə beynəlxalq məhkəməyə verməyi hələ müharibə bitdikdən sonra bəyan etmişdi. Həmin vaxt rəsmi qurumlar dəymiş ziyanın müəyyən edilməsi üçün komissiya yaratdıqlarını da bildirmişdilər. Lakin bir qədər sonra bu prosesin səngidiyi müşahidə olunmağa başladı. Hətta gündəmdən belə düşdü.

İlk mərhələdə Ermənistanın Azərbaycana 500 milyard dollar ziyan vurduğu bildirilsə də, bu rəqəm rəsmi qurumlar tərəfindən təsidqlənmədi. Daha doğrusu, təzminatın məbləği barədə hər hansı açıqlama verilmədi. Həmin vaxt Ermənistan tərəfindən isə belə bir iddia gündəmə gəldi ki, Azərbaycan dəymiş ziyanın müabilində İrəvandan torpaq ala bilər. Hərçənd bu da təsidlənmədiyindən ciddiyə də alınmadı.

Lakin Ara Poqosyanın dediyi 70 milyard dollarlıq təzminat tələbi də inandırıcı görünmür. Ona görə ki, hələ müharibədən əvvəl rəsmi Bakı dəymiş ziyanın 100 milyard dollardan çox olduğunu bildirirdi. Belə olan təqdirdə, həmin məbləğin 70 milyard dollara enməsi inandırıcı görünmür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button