GündəmManşet

Eduard Şarmazanov: “Qarabağda ermənilər rusların maraqlarını təmin etmək üçün lazımdır”

Ermənistan Respublika Partiyasının sözçüsü, keçmiş vitse-spiker Eduard Şarmazanov Qarabağ məsələsi ilə bağlı bəzi açıqlamalar verib. JAMAZ.İNFO xəbər verir ki, o, baş nazir Nikol Paşinyanın apardığı siyasəti tənqid etməklə yanaşı, həm də Rusiyanın Qarabağda özünün oyunlarını oynadığını bildirib.

Şarmazanov deyib ki, hazırda Ermənistan hakimiyyəti Qarabağ məsələsini ikinci plana keçirib. Onun sözlərinə görə, Nikol Paşinyan hazırda Ermənistan ərazisində üzləşdiyi problemlərini həll etməyə çalışır. O, Sünik və Cermux istiqamətində baş verənləri misal olaraq göstərib. Həmçinin qeyd edib ki, baş nazir hakimiyyətini qorumaq üçün cəmiyyəti sıxışdırmağa və sakitləşdirməyə cəhd edir.

Edurard Şarmazanov Qarabağ məsələsi barədə danışarkən, orada müvəqqəti yerləşmiş rus sülhməramlılarının da mövqeyinə toxunub. O deyib ki, Rusiya Qarabağdakı ermənilərinin öz maraqları üçün orada qalmasına çalışır. “Qarabağda ermənilər rus sülhməramlıları üçün lazımdır. Məhz oradakı ermənilər sayəsində rus hərbçiləri Qarabağda uzun illər qala bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button