GündəmManşet

Ordumuz İrəvan-Gorus yolu üzərindəki strateji təpədə yerləşib: ermənilər itkiləri barədə açıqlama vermirlər  

Məlum olduğu kimi, dünən Ermənistan silahlı qüvvələri Laçın və Kəlbəcər istiqamətində təxribat törətməyə cəhd ediblər. JAMAZ.İNFO xəbər verir ki, təxribatın qarşısı alınıb və Azərbaycan Ordusu düşməni ərazilərimizdən qovub, çıxarıb.

Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, iki hərbi qulluqçumuzun yaralandığını bildirib. Lakin sosial şəbəkələrdə dolaşan xəbərlərə görə, Şəhidimiz də var. Amma rəsmi qurumlar bununla bağlı hər hansı bir açıqlama verməyiblər.

Ermənistan tərəfi isə itkilərinin sayının 15 nəfər olduğunu bəyan edib. Amma İrəvanda bu rəqəmin reallığı əks etdirmədiyini vurğulayırlar. Erməni mediası 30-a yaxın əsgər itirdiklərini, 100-dən çox itkinlərinin, 50-yə yaxın isə yaralılarının olduğunu, habelə 12 əsgərlərinin əsir düşdüyünü bildirir. Hərçənd Ermənistan Müdafiə Nazirliyi 12 əsgərinin əsir düşdüyünü təsdiqləyir. Digər rəqəmlərlə bağlı isə susur.

JAMAZ.İNFO xəbər verir ki, erməni mediası, habelə Müdafiə Nazirlikləri təsdiq edir ki, onlar iki əsas strateji mövqelərini də itiriblər. Lakin bu mövqelərin konkret olaraq, haralardan ibarət olduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, dünən erməni tərəfi Azərbaycan Ordusunun M2 adlanan, İrəvan-Gorus yolu üzərində yerləşən strateji yüksəkliyi ələ keçirdiyi barədə xəbər yaymışdı.          Bu gün səhər isə digər erməni mediaları da təsdiq ediblər ki, dünənki döyüşlərdən sonra Azərbaycan hərbçiləri M2 yolunun üzərindəki həmin təpəlikdəki erməni mövqelərini çıxararaq, orada möhkəmləniblər. Həmin məlumatda deyilir ki, Ordumuzun yerləşdiyi strateji mövqelərin sayı ikidir. Həmin mövqelər isə Sünik bölgəsinə və İrəvan-Gorus magistral yollarının tam nəzarət altına düşməsi anlamına gəlir.

Xatırladaq ki, düşmənin dünənki təxribatından sonra Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında vasitəçilik edərək, atəşkəs razılaşması əldə edib. Dünən gecə saatlarından etibarən Azərbaycan-Ermənistan sərhəddində bütün hərbi əməliyyatlar dayandırılıb. Hazırda vəziyyətin sabit olduğu, hər hansı bir atışmanın olmadığı bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button