ManşetSiyasət

Artur Mosiyan: “Əhali Qarabağdan köçür, özümümzü bu qədər yetim hiss etməmişdik”

Qarabağda vəziyyət gərgindir. Ermənilər özləri etiraf edirlər ki, acınacaqlı durumdadırlar. Artıq yerli sakinlər deyil, Xankəndidəki separatçılar da dilə gəlməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, ötən gün Qarabağdakı separatçıların nümayəndəsi, özünü “deputat” adlandıran Metake Akopyan bildirmişdi ki, Xankəndi, Xocalı, Ağdərə, Əskəranda insanlar qalmağa yer tapmadıqları üçün, maşınlarda, qarajlarda, küçələrdə gecələyirlər.

Bu gün isə həmin qondarma “deputat”lardan daha biri, Qarabağdakı daşnakların nümayəndəsi Artur Mosiya da dilə gələrək, vəziyyətin kritik olduğunu açıəqlayıb. JAMAZ.İNFO xəbər verir ki, o deyib ki, Qarabağ ermənilərində fikir formalaşıb ki, Ermənistan siyasi hakimiyyəti onlardan əlini üzüb və çəkib. “Təsəvvür edin, sentyabrın 2-də Qarabağın “müstəqillik” günündə bir erməni rəsmisi gəlmədi. Halbuki 44 günlük müharibədən sonra buna daha çox ehtiyacımız var idi. Bu, Qarabağ xalqına bir mesajdır ki, onlardan əllərini üzüblər. Azərbaycana da mesajdır ki, bəzi razılaşmalar çərçivəsində özlərini ağıllı aparacaqlar”.

Mosiyan bildirib ki, Qarabağdakı ermənilər özlərini indiyə kimi bu qədər yetim hiss etməyiblər. “Daha çox diqqətə və dəstəyə ehtiyacımız olduğu bir zamanda Ermənistan yoxdur”.

Separatçıların nümayəndəsi etiraf edib ki, Qarabağ humanitrar fəlakətin astanasındadır. “Təkcə sosial məsələlər problemi həll etməyəcək. Sosial layihələr onsuz da reanimasiyadakı xəstəni xatırladır. Onun öləcəyi və ya qalacağı məlum deyil. Əsas problemimiz əhalini Qarabağda saxlamaqdır. Onlar üzləşdikləri problemlərdən dolayı Qarabağı tərk edirlər. Bunun qarşısını almaq lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button