İqtisadiyyatManşet

Əhmədzadələr dövlət büdcəsini necə talayır? – Zaqatalada tender maxinasiyaları

Zaqatala Rayon İcra Hakimiyyətinin 12 saylı uşaq bağçasında fasad və qrup otaqlarının təmiri üzrə satınalma müsabiqəsinə yekun vurulub. JAMAZ.İNFO xəbər verir ki, müsabiqənin qalibi “İstehsal Təmir Sahəsi” MMC-dir.

Qurum şirkətə 27 627.8 AZN ödəyəcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “İstehsal Təmir Sahəsi” MMC 22 oktyabr 2001-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Zaqatala rayonu, Zaqatala şəhərində yerləşən şirkətin qanuni təmsilçisi Şitayev Məmməd Şəmsəddin oğludur. “İstehsal Təmir Sahəsi” MMC şübhəli tenderlərdə istifadə olunmaq üçün yaradılmış şirkətlər kateqoriyasına daxildir. Şirkət əsasən Zaqatala və Balakənin yerli qurumlarının keçirdiyi satınalma müsabiqələrinin qalibi olur. Bir il ərzində Zaqatala Rayon İcra Hakimiyyəti “İstehsal Təmir Sahəsi” MMC ilə aşağıdakı satınalma müqavilələrini imzalayıb:

Zaqatala şəhər 12 saylı körpələr evi-uşaq bağçasının cari təmiri – 19 263.5 AZN

İnzibati binanın cari təmiri – 17239.8 AZN

Zaqatala rayonu Qımır kənd körpələr evi-uşaq bağçasının kotirovka sorğusu üsulu ilə cari təmiri – 4317.5 AZN

Zaqatala rayonu Aşağı Tala kənd sakininə məxsus yaşayış evinin təmiri – 24692.59 AZN

Zaqatala rayon Yuxarı Tala kənd sakini III qrup əlil Teymurxanova Zenfira Cəmaləddin qızına bir otaqlı fərdi yaşayış evinin tikintisi – 8501.9 AZN

Zaqatala şəhər 13 saylı uşaq bağçasının qrup otaqlarının cari təmiri – 25 676.68 AZN

Zaqatala şəhər 13 saylı uşaq bağçasının 2-ci korpusunun dam örtüyünün təmiri – 19 747.7 AZN

Fərdi yaşayış evinin dam örtrüyünün dəyişdirilməsi – 4547 AZN

Zaqatala rayonu 11 saylı körpələr evi-uşaq bağçasının 2-ci korpusunun dam örtüyünün təmiri -16 450 AZN

Zaqatala rayonu 11 saylı uşaq bağçasının təmiri – 33 408.99 manat.

Göründüyü kimi Zaqatala Rayon İcra Hakimiyyəti 11, 12 saylı uşaq bağçalarını demək olar ki, hər il təmir etdirir. Mediada gedən məlumatlara görə, Məmməd Şitayev hələ sovetlər dönəmindən Zaqatalada tikinti müəssisələrində çalışıb,rəhbərlik edib. Özəlləşdirmədən sonra rəhbərlik etdiyi müəssisəni “İstehsal Təmir Sahəsi” MMC-yə çevirib və rayon ərazisində aparılan tikinti işlərinin çoxunun başında dayanıb.Məlumatlara görə Məmməd Şitayevin rəhbəri olduğu MMC 2012-ci ildə Zaqatalada baş vermiş zəlzələdən sonra dağıntıların nəticələrinin aradan qaldırılmasına ayrılmış dövlət vəsaitlərindən kifayət qədər yararlanıb. İddialara görə, Məmməd Şitayevin şirkəti bölgədə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabeli bir çox qurumların da sifarişlərin icraçısı olub. Mediada yayılan məlumatlara görə, bu şirkət “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş rəhbəri Əhməd Əhmədzadənin nəzarətindədir.

Məlumat üçün deyək ki, Zaqatalanın icra başçısı Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadədir. Əhmədzadələrin adı iri korrupsiya əməliyyatılarında hallanır. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button